...

Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar (FOTO/VİDEO)

Siyasət Materials 13 İyun 2023 16:34 (UTC +04:00)
Azərbaycanın və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar (FOTO/VİDEO)

Bakı. Trend:

İyunun 13-də Azərbaycan Respublikasının Birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.

Trend xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.

İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti