...

Azərbaycan Ordusunun tarixi yüksəlişi davam edəcək - Polkovnik

Siyasət Materials 23 İyun 2023 18:00 (UTC +04:00)
Azərbaycan Ordusunun tarixi yüksəlişi davam edəcək - Polkovnik

Bakı. Trend:

Azərbaycan Ordusunun tarixi yüksəlişi davam edəcək. İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə döyüş bayrağının təqdim olunması mərasimindəki çıxışı bu gerçəyin anonsudur.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik deyib ki, bu gün Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə döyüş bayrağının təqdim edilməsi mərasimində çıxış edən Müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsinə, Ordumuzun əldə etdiyi şanlı qələbəyə diqqəti yönəldib: “Dövlətimizin başçısı qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrimiz Vətən müharibəsindəki Ordumuzdan qat-qat güclüdür və hər ötən gün öz döyüş hazırlığını, peşəkarlığını artırmaqdadır.

Prezident çıxışında ordumuzun yaxın gələcəkdə yeni, yüksək səviyyəyə qalxacağını da vurğuladı: “Dövlətimizin başçısının bu sözləri onu deməyə əsas verir ki, biz yaxın gələcəkdə Azərbaycan Ordusunun simasında daha qüdrətli bir orduya şahid olacağıq. Ordumuzun tarixi yüksəlişi davam edəcək. Prezidentin komanda hərbi hissəsindəki çıxışı bunun anonsudur.

Xatırladım ki, 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki bazasının təkmilləşdirilməsi, peşəkarlığının artırılması, müasir silah-sursatla, hərbi texnika ilə təmin edilməsi prosesi davam etməkdədir. Məhz bütün bunlar ordumuzun inkişafını şərtləndirir ki, bu da dövlətimizin, eləcə də bütün regionun təhlükəsizliyi baxımından vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti