...

Zəngəzur dəhlizi tezliklə açılacaq - İrəvanın çirkin cəhdləri özünə zərbədir

Siyasət Materials 24 İyun 2023 16:32 (UTC +04:00)
Qüdrətli Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti olmayacaq
Zəngəzur dəhlizi tezliklə açılacaq - İrəvanın çirkin cəhdləri özünə zərbədir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məcburi köçkünlərlə tez-tez görüşür. Özünün 50 yaşı olanda da doğum gününü keçmiş məcburu köçkünlərlə keçirdi və həmişə olduğu kimi, bu görüşdə dedi ki, darıxmayın, “siz doğma yerlərə qayıdacaqsınız və biz o yerləri sizinlə birlikdə cənnətə döndərəcəyik”. Dedi və etdi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O qeyd edib ki, keçmiş məcburi köçkünlər böyük sevinclə öz dədə-baba torpaqlarına qayıdırlar.

“Və yenidən qurulmuş müasir ağıllı kənd və şəhərlərdə gözəl evlərdə məskunlaşırlar. Təəssüf ki, yenə də işğalçı Ermənistan və onun havadarları Azərbaycan dövlətinə və xalqına qarşı təxribatlarla məşğuldurlar. Dinc əhalini müharibə və terrorla hədələyir, qarayaxma kampaniyası aparırlar. Amma nə dünən, nə bu gün, nə də ki sabah nüstəqil və qüdrətli Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti olmayıb və olmayacaqdır.

Prezident İlham Əliyevin dediyi kimi: "Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz".

Prezident İlham Əliyev bütün dünyaya daima göstərir ki, "hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi". Bu gün Azərbaycan dinamik inkişaf edən güclü iqtisadi potensiala malik etibarlı tərəfdaş və demokratik dövlət kimi beynəlxalq aləmdə həm güclü nüfuz, hörmət qazanıb, həm də siyasi-iqtisadi qərarların qəbulunda söz sahibidir.

Hesab edirik ki, Azərbaycanın haqlı tələbi olan və Ermənistanın öz üzərinə götürdüyü öhdəlik - Zəngəzur dəhlizinin açılması da tezliklə gerçəkləşəcək. Bizim bu haqlı tələbimizin gerçəkləşməsinə isə heç kimin şübhəsi olmasın. Ermınistan həm də nəzərə almalıdır ki, 1920-ci ilin dekabrında bolşeviklərin əzəli torpaqlarımızda süni yaradılmış Ermənistan Respublikasına zorla Azərbaycandan qoparıb verdiyi doğma Zəngəzuru geri tələb etmək hüququnu özündə saxlayır. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib.

Qalib Sərkərdə Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz döyüş meydanında mərdliklə döyüşərək erməni-faşist işğalçılarına və terrorçularına qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq. Bizi demokratik inkişaf yolundan heç bir qüvvə çəkindirə bilməz! Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə dəmur yumruq kimi birləşib və bu birlik əbədi və sarsılmazdır! Qarabağ Azərbaycandır!”, - deyə komitə sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti