Bakı. Trend:
Vaşinqtonda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidenti Cozef Baydenin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Trend xəbər verir ki, tərəflər bölgədəki vəziyyəti müzakirə ediblər.
Məlumatda A.Qriqoryan və C.Sallivanın həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışdıqları qeyd edilib.