...

Prezident İlham Əliyev: O ölkə ki, Korsika dilinə qadağa qoyur, Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edir

Siyasət Materials 24 İyul 2023 16:07 (UTC +04:00)

Bakı. Trend:

O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur, Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edir. Bu, necə ola bilər?

Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

“Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır”, – deyə Azərbaycan Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti