...

Rus sülhməramlıları ermənilərin “aksiyası”nı müşayiət etməkdən İMTİNA ETDİ (FOTO)

Siyasət Materials 7 Avqust 2023 15:09 (UTC +04:00)
Rus sülhməramlıları ermənilərin “aksiyası”nı müşayiət etməkdən İMTİNA ETDİ (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) “aksiyası”nı müşayiət etməkdən imtina edib.

Trend xəbər verir ki, sülhməramlıların komandanlığı bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobillərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmur.

Qeyd edək ki, dövlət başçılarının 6-cı Brüssel görüşü (15 iyul) ərəfəsində Qarabağda separatçıların "təşkilatçılığı" ilə başlayan "etiraz" şousunu Rusiya sülhməramlıları bu zamana kimi müşaiyət edirdilər. Etirazçıların narazılıqlarının əsas "səbəbi" kimi guya Azərbaycan Laçın Sərhəd Buraxılış Məntəqəsini bağlayaraq Qarabağ ermənilərinə qarşı humanitar böhran yaratdığı qeyd edilsə də, bu addımların sadəcə əsassız, qarayaxma kampaniyasından başqa bir şey olmadığı hər kəsə məlum oldu. Çünki Azərbaycanın Qarabağ ermənilərinin Laçın postundan gediş-gəlişinə heç bir mane yaratmadığını faktlarla, videomateriallarla dəfələrlə sübuta yetirib. Hətta rəsmi Bakı Qarabağ ermənilərinə humanitar yardım çatdırmaq istəyən Ermənistana daha uyğun, daha səmərəli olan Ağdam-Xankəndi yolunu təklif etsə də qarşı tərəf bu təklifdən imtina edərək, öz əls məqsədlərini növbəti dəfə ortaya qoydular. Beləcə, məlum olur ki, nə Ermənistan hakimiyyətinin, nə də Qarabağdakı qondarma rejim qalıqlarının fikri-zikri Qarabağ ermənilərinin gələcək taleyi deyil. Onları elə ən yaxşı düşünən, onların təhlükəsizliyini təmin etməyi üzərinə götürən səmimi bir tərəf var - Azərbaycan. Qalanları sadəcə öz maraqları naminə Qarabağ erməniləri üzərindən növbəti planlarını həyata keçirməyə can atırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti