...

Füzulidə Özbəkistanın dəstəyi ilə inşa olunan məktəb yaxın zamanda açılacaq

Siyasət Materials 8 Avqust 2023 11:24 (UTC +04:00)
Füzulidə Özbəkistanın dəstəyi ilə inşa olunan məktəb yaxın zamanda açılacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Füzulidə Özbəkistanın dəstəyi ilə inşa olunan məktəbin yaxın zamanda açılacağı gözlənilir.

Trend xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.

O, Özbəkistana ərazi bütövlüyü məsələlərində Azərbaycana göstərdiyi daimi dəstəyə görə minnətdarlığını bildirib.

"Bu gün Azərbaycan və Özbəkistan ikitərəfli əlaqələri inkişaf etdirir, eləcə də, regional təhlükəsizliyin təmin olunması üzərində çalışır və öz siyasətini hazırkı reallıqlarla əlaqədar yenidən formalaşdırır", - deyə o əlavə edib.

Qeyd edək ki, işğaldan azad olunmuş Füzuli şəhərində məktəb Özbəkistanın büdcə vəsaiti hesabına inşa olunur. Məktəb binası 960 şagird yeri üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti