...

Özbəkistan Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş olaraq görür

Siyasət Materials 8 Avqust 2023 11:04 (UTC +04:00)
Özbəkistan Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş olaraq görür
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş olaraq görür.

Trend xəbər verir ki, bunu Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, keçmiş səfir Şerzod Fayziyev "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz siyasi fəaliyyəti ilə beynəlxalq arenada ölkənin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

"Özbəkistan və Azərbaycan ticari-iqtisadi, eləcə də, nəqliyyat layihələrində sıx əməkdaşlıq edirlər. Əməkdaşlığımızın möhkəmlənəcəyindən əminik", - deyə o qeyd edib.

Ş.Fayziyev Özbəkistanın böyük investisiya potensialına malik olduğunu bildirib:

"Düşünürəm ki, Özbəkistan yaxın zamanda öz iqtisadiyyatına təqribən 170 milyard dollar cəlb edə bilər. Sevindirici haldır ki, Azərbaycan Mərkəzi Asiya regionunun inkişafında maraqlıdır və biz bu imkanları müzakirə edəcəyik".

Xatırladaq ki, 2022-ci ilin yekunlarına görə, Azərbaycan Özbəkistan iqtisadiyyatına 12 milyon ABŞ dolları investisiya qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti