...

Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarının inkişafı üçün əlavə üstünlüklər yaradacaq - Zamin Əliyev

Siyasət Materials 8 Avqust 2023 11:49 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarının inkişafı üçün əlavə üstünlüklər yaradacaq - Zamin Əliyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Özbəkistan arasında siyasi əlaqələr yüksək səviyyədə qalır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Zamin Əliyev "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, bugünədək Azərbaycanla Özbəkistan arasında 150-dən çox sənəd imzalanıb.

"Bununla yanaşı, ölkələrimizin bir sıra şəhərləri arasında qardaşlıq memorandumları imzalanıb, müxtəlif səviyyədə tədbirlər yüksək səviyyədə keçirilir", - deyə o qeyd edib.

Z.Əliyev Zəngəzur dəhlizinin yaradılmasının və açılmasının Azərbaycanın tranzit imkanlarının inkişafı üçün əlavə üstünlüklər yaradacağını vurğulayıb.

"Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra regionda yeni reallıq yaratdı. Özbəkistan işğaldan azad edilmiş ərazilərimizin bərpasında bizə yardım əlini ilk uzadanlardan oldu. Beləliklə, Füzulidə 960 şagird üçün məktəb inşa olunacaq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti