...

Heydər Əliyev Azərbaycanla Özbəkistan arasında siyasi-iqtisadi əlaqələrin inkişafının təməlini qoyub - Nağı Əhmədov

Siyasət Materials 8 Avqust 2023 11:39 (UTC +04:00)
Heydər Əliyev Azərbaycanla Özbəkistan arasında siyasi-iqtisadi əlaqələrin inkişafının  təməlini qoyub - Nağı Əhmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Özbəkistan arasında siyasi-iqtisadi əlaqələrin inkişafının təməlini Ümummilli Lider Heydər Əliyev qoyub.

Trend xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nağı Əhmədov "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.

O, Özbəkistanla Azərbaycanın 2 oktyabr 1995-ci ildə diplomatik əlaqələr qurduğunu xatırladıb.

"Həmin gündən ölkələrimiz siyasi, mədəni və digər ikitərəfli əlaqələri dinamik şəkildə inkişaf etdirir. Bugünədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanla Özbəkistan çox bənzər mədəniyyət, dil, adət-ənənələrə malikdir. Heydər Əliyev bunlardan yararlanaraq, bütün istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafının təməlini qoyub", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti