Bakı. Trend:
Rusiya Ermənistandan həmişəlik yox olacaq.
Trend xəbər verir ki, bunu “Sasna çrer” adı ilə tanınan erməni terror qruplaşmasının rəhbəri Jirayr Səfilyan deyib.
J.Səfilyan Ermənistanın birdəfəlik Rusiyanın təsirindən çıxacağı zamanın uzaqda olmadığını bildirib:
“Söhbət Rusiyanın bölgədən çəkilməsindən gedirsə, o zaman aydındır ki, bu sistem buradan yoxa çıxacaq və bu fürsəti əldən vermək olmaz. Bu, əbədi olmalıdır. Biz ermənilər daha heç bir başqa zülmkar sistemin ölkəmizi idarə etməsinə imkan verməməliyik. Tərəfdaşlarımızı əmin edirik ki, bu fürsət yaxın günlərdə bizə veriləcək”.