...

Qızıl Aypara Cəmiyyətinin erməniəsilli şəxslər üçün humanitar yardım göndərməsi növbəti humanist yanaşmadır - Azər Qarayev

Siyasət Materials 29 Avqust 2023 14:55 (UTC +04:00)
Qızıl Aypara Cəmiyyətinin erməniəsilli şəxslər üçün humanitar yardım göndərməsi növbəti humanist yanaşmadır - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan və onun havadarlarının "humanitar böhran", "blokada" oyunu tamamilə fiaskoya uğramaqdadır. Azərbaycan dövləti bütün beynəlxalq arenalarda əsl reallığın nədən ibarət olmasını dünyaya çatdırır və saxta erməni təbliğatının qarşısını alır.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycanın humanist, sülhü dəstəkləyən mövqeyinə baxmayaraq, Ermənistan və separatçılar hər dəfə sülh prosesinə mane olmağa, qisas meyillərini alovlandırmağa çalışır.

"Ermənistanın növbəti təxribatı isə guya Xankəndidə "humanitar böhran"ın olması xəbərlərinin tirajlanması oldu. Elə görüntü yaradılmağa çalışıldı ki, guya vəziyyyət acınacaqlıdır. Hər zaman özünü yazıq kimi göstərməyə çalışan Ermənistan bu dəfə də öz havadarlarında və digər dövlətlərdən yardım ummağa çalışdı. Lakin bu cəhdlər də uğurlu nəticə vermədi. Fransadakı erməni diasporasının əlində oyuncağa çevrilən Makron onlara müxtəlif formada dəstək göstərməyə cəhd etsə də, Azərbaycanın düzgün xarici siyasəti nəticəsində bütün bu təxribatların qarşısı uğurla alınır".

A.Qarayev əlavə edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərməsi də növbəti humanist yanaşmadır.

"Artıq 40 ton un məmulatlarını daşıyan yük avtomobilləri yola düşüb. Bu yüklərin Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılması nəzərdə tutulur. Əlbəttə ki, əgər orada yaşayanlar Azərbaycana inteqrasiyanı, sülh şəraitində birgəyaşayışı düşünürlərsə, bu humanitar yardımı qəbul etməlidirlər. Azərbaycan tərəfi rəsmi şəkildə açıqlamalarında dəfələrlə humanist məqsədləri rəhbər tutaraq müraciətlər edir və humanist mövqe sərgiləyir.

Ötən gün Azərbaycan bayrağını təhqir edən və sərhəddə saxlanılan erməniəsilli şəxslərə qarşı da kifayət qədər humanist cəza tətbiq olundu. Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək, onların barəsində cinayət təqibinə xitam verilib.

Qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub. Bütün bunlar rəsmi Bakının Qarabağda yaşayan erməniəsilli şəxslərə qarşı kifayət qədər səbirli, humanist mövqeyinin göstəricisidir.

Onlar da bunu başa düşməlidirlər, əgər Azərbaycan bayrağı altında, dinc, sülh şəraitində yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər. Əks halda Azərbaycan ərazisini tərk edə bilərlər", - deyə A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti