...

Qızıl Aypara Cəmiyyəti özünün humanist dəyərlərdən çıxış etdiyini göstərdi - Politoloq

Siyasət Materials 31 Avqust 2023 17:57 (UTC +04:00)
Qızıl Aypara Cəmiyyəti özünün humanist dəyərlərdən çıxış etdiyini göstərdi - Politoloq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərməsi önəmli addımdır. Bu barədə rəsmi Bakı dəfələrlə fikirlər irəli sürüb. Çox istərdik ki, humanitar yüklər öz hədəfinə çatsın.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

"Qarşıdakı dövrlərdə də məhz elə Qarabağda yaşayan ermənilərin bütün həyati ehtiyaclarının ödənilməsi üçün Ağdam-Xankəndi yolundan istifadə edilməlidir. Müxtəlif alətlərlə reinteqrasiya prosesi sürətlənməlidir. Əsas məqsəd də budur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərməsi strateji addımdır. Ermənistan humanitar yüklərin Laçın yolu vasitəsilə daşınmasını həyata keçirməyə çalışır. Qızıl Aypara Cəmiyyətinin humanitar yük karvanı həm də beynəxalq aləmə bir mesaj verir ki, Azərbaycan öz ərazsində, öz vətəndaşları ilə davranışda da humanist prinsiplərdən çıxış edir.

Burada Fransanın, Ermənistanın Azərbaycanın daxili işlərinə soxulmaq niyyəti BMT TŞ-də müzakirlərin qabardılması tamamilə yolverilməzdir. Bunlar sülh və dövlətlərarası münasibətlərə mənfi təsir göstərir, reinteqrasiya prosesini ləngidir. Düşünürəm ki BQXK-nin çoxsaylı təxribat xarakterli cəhdlərinə rəğmən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün humanist dəyərlərdən çıxış etdiyini nümayiş etdirdi", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan bildirib ki, Ağdam-Xankəndi yolu ilə ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti