...

Əslində biz gözləyirdik ki, ermənilər bunu müsbət qarşılayacaq - Novruz Aslan AzQAC-ın apardığı yüklərdən danışdı (FOTO/VİDEO)

Siyasət Materials 5 Sentyabr 2023 17:24 (UTC +04:00)
Əslində biz gözləyirdik ki, ermənilər bunu müsbət qarşılayacaq - Novruz Aslan AzQAC-ın apardığı yüklərdən danışdı (FOTO/VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz Xankəndidə yaşayan erməni əhaliyə kömək etməyə hazır olduğumuzu, xoş niyyətimizi bildirdik.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan deyib.

"Bir ora ərzaq yardımı ilə getmişdik. Əsində biz gözləyirdik ki, qarşı tərəf, Azərbaycan ərazisində yaşayan erməni əhali bunu müsbət qarşılayacaq. Çünki bizim bu humanist aksiyamız vaxtında atılan addımdır", -deyə N.Aslan əlavə edib.

O qeyd edib ki, AzQAC humanitar aksiyanı yerinə yetirmək əzmindədir.

“Biz çalışacağıq ki, öz missiyamızı yerinə yetirək. Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu istiqamətdə müxtəlif məsələhətləşmələr aparır. Biz heç kimə güclə nəyəsə məcbur edə bilmərik. Qarşı tərəf də anlayışlı olmalıdır”, - deyə o əlavə edib.

N.Aslan qeyd edib ki, erməni əhali hansısa hisslərə qapanıb bu yüklərdən imtina etməməlidir. "Onlar separatçıların, hansısa qüvvələrin qurbanına çevriliblər. Onlar düşünsünlər, dərk etsinlər, keçdikləri yola baxıb nəticə çıxarsınlar, bu gün onlara təklif olunan variantlardan istifadə etsinlər", - deyə N.Aslan vurğulayıb.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti