...

Rusiya Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni sakinlərə ərzaq yardımı göndərir (FOTO/VİDEO)

Siyasət Materials 9 Sentyabr 2023 15:08 (UTC +04:00)
Rusiya Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni sakinlərə ərzaq yardımı göndərir (FOTO/VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Ağdam. Trend:

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Trend-ə verilən məlumata görə, hazırda həmin yük Samur-Bakı, Bakı-Bərdə, Ağdam-Əsgəran istiqamətində hərəkət edir.

Yük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti