...

Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin hələ də Xankəndiyə keçidi baş tutmayıb (FOTO)

Siyasət Materials 11 Sentyabr 2023 20:38 (UTC +04:00)
Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin hələ də Xankəndiyə keçidi baş tutmayıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də baş tutmayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Rusiyadan gələn yük Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.

Lakin 2 gündür keçid baş tutmayıb, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidin ləngiməsinə səbəb Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqinin nəticəsi kimi qiymətləndirilir.

Qarabağ separatçılarının tamamilə qeyri-adekvat davranışı göz önündədir. Onlar nə Rusiyadan, nə də Beynəlxalq Qızıl Xaç Komitəsindən yükləri qəbul etmək fikrində deyillər.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti