...

Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları döndükdən sonra onlarla söhbət etmək imkanımız olacaq - Ceyhun Mirzəyev

Siyasət Materials 12 Sentyabr 2023 10:48 (UTC +04:00)
Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları döndükdən sonra onlarla söhbət etmək imkanımız olacaq - Ceyhun Mirzəyev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saat 7 radələrində Rusiya sülhməramlılarının blok postundan Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu humanitar yükü keçdi. Artıq ərzaq dolu yük avtomobili Xankəndiyə çatıb. Hazırda yük müvafiq anbara boşaldılır.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.

"Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları döndükdən sonra onlarla ətraflı söhbət etmək imkanımız olacaq və bu barədə ətraflı məlumat veriləcək. Bəli, bizim Qızıl Aypara Cəmiyyətinin yükləri hələlik buradadır.

Hər hansı bir yenilik olsa, məlumat verəcəyik. Növbəti humanitar yardımlarla bağlı biz əvvəllər də qeyd etmişdik ki, yerli şəraiti bilmirik. Erməniəsilli sakinlərin ərzağa, yaxud daha çox qeyri-ərzağa ehtiyacları olub olmadığını dəqiq bilmirik. Yəni müvafiq qiymətləndirmədən sonra artıq planlama aparılır və biz cəmiyyət olaraq işimizi həmin planlanmaya uyğun bilirik. Birinci ehtiyaclar müəyyənləşdirilir. Həmin ehtiyaclar müəyyənləşəndən sonra istiqamətlər müəyyən olunur və ona uyğun addım atılır".

Qeyd edək ki, bu gün Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti