...

Qarabağdakı separatçılar Azərbaycanın şərtlərinə tabe oldular

Siyasət Materials 17 Sentyabr 2023 16:11 (UTC +04:00)
Qarabağdakı separatçılar Azərbaycanın şərtlərinə tabe oldular
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.

Trend xəbər verir ki, separatçıların liderləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.

Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu məqsədəuyğun olaraq iki həftədən çox ləngitdilər.

Azərbaycanın prinsipial mövqeyi növbəti dəfə qalib gəldi.

Xəbər lenti

Xəbər lenti