...

13 nəfərin şəxsiyyəti DTX-nin laboratoriyasında eyniləşdirilib - Əli Nağıyev

Siyasət Materials 18 Sentyabr 2023 10:44 (UTC +04:00)
13 nəfərin şəxsiyyəti DTX-nin laboratoriyasında eyniləşdirilib - Əli Nağıyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı və ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində genetik laboratoriya yaradılması və ən müasir avadanlıqlarla təmin edilməsi ölkə rəhbərinin bu sahəyə böyük önəm verdiyini bir daha təsdiqləyir.

Trend xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev deyib.

"Qeyd etmək istəyirəm ki, artıq şəxsiyyəti müəyyən edilmiş 25 nəfərdən 13-ü Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində yaradılmış genetik laboratoriyada eyniləşdirilib", - o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

Xəbər lenti

Xəbər lenti