...

Ombudsman Aİ rəsmisi ilə ermənilərin mina terroru məsələsini müzakirə edib

Siyasət Materials 20 Sentyabr 2023 10:26 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının (Aİ) insan hüquqları üzrə xüsusi nümayəndəsi Eamon Gilmore ilə telefonla danışıb.

Trend xəbər verir ki, tərəflər telefon danışığı zamanı Ermənistanın Azərbaycana qarşı mina terroru məsələsini müzakirə ediblər.

Ombudsman Aİ rəsmisini sentyabrın 19-da baş verən hadisələrə münasibət bildirməyə çağırıb.

Xatırladaq ki, sentyabrın 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı - 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində - Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti