...

Erməni separatizmi dəfn olunur: "hami"lər nə edəcək?

Siyasət Analytics 25 Sentyabr 2023 11:39 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndindəki xunta artıq tarixə qovuşdu. Bu xuntanın mənsubları və xüsusilə də rəhbərliyində təssil olunmuş ermənilər hələ də “vəzifə”lərindən, “səlahiyyət”lərindən bəhs etsələr də, Azərbaycan ərazisində erməni separatizminin final günləri yaşanır.

Dünən Xankəndinin elektritk şəbəkəsi Ermənistan ərazisindən təminat sistemindən ayrılaraq Azərbaycanın bütün digər əraziləri kimi, mərkəzləşdirilmiş qaydada təminat sisteminə keçirildi.

Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası başlanıb.

Xankəndindəki separatçı xuntanın “ordu”su və “hökumət”i artıq yoxdur. Ermənistan Müdafiə Nazirliyinin hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdəki hərbi birləşmələrpi tərksilah olunur, geriyə, İrəvana göndərilməyə hazırlaşırlar.

Azərbaycan pasportu almaq istəməyən qarabağlı ermənilər üçün humanitar dəhlizlər var: onlar istədikləri zaman Azərbaycanı tərk edərək Ermənistana yollana bilərlər.

Yol açıqdır - getsinlər, “milli müqəddaratı təyin etmək hüququ”nu Ermənistanda, yaxud Rusiyada və ya Fransada reallaşdırsınlar.

Qarabağlı ermənilərin 1920-ci ildən bəri davam edən, ilkin dövrlərdə muxtariyyət, sonra isə separatizm formatında olan ideologiyaları artıq tarixə qovuşur.

İndi Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirən kütlə, habelə Rusiya Federasiyasının İrəvandakı səfirliyinin binasının qarşısına yığışanlar nə istədiklərini özləri də dəqiq anlamayan insanlardır.

Əfsuslar olsun ki, ermənilər hələ də illüziyalardan qurtulmayıblar və deyəsən, bu proses çox uzun çəkəcək, ağrılı olacaq.

Paşinyanın istefasını tələb edənlərin motivləri ilə istəkləri bəsitdir: onlar Ermənistanın Azərbaycana qoşun yeritməsini, qarabağlı erməni separatçılarına hərbi-siyasi dəstək verilməsini tələb edirlər. Dərhal, təcili, təxirəsalınmaz şəkildə.

Rusiya səfirliyinin qarşısına toplaşaraq Moskvaya lənət oxuyanlar, Ermənistanın KTMT, Avrasiya İqtisadi Birliyi və Avrasiya Gömrük İttifaqını tərk etməsini, Gümrüdəki 102-ci bazanın çıxarılmasını tələb edənlər də eyforiyaya qapılıblar.

Ermənistan indi Azərbaycanlda müharibə aparmaq üçün iqtisadi, siyasi, maliyyə, insan resursları və s. baxımdan imkanlara əsla malik deyil. Ermənistan vətəndaşları, qarabağlı ermənilər və dünyanın müxtəlif ölkələrindəki erməni diasporlarının mənsubları hələ də 1990-cı illərin zehni konstruksiyalarından qurtula bilmirlər. 1990-cı illərdə hərbi əməliyyatlar əksəriyyəti etibarilə canlı qüvvə hesabına aparılırdı.

Lakin dünya dəyişdi və hərbi əməliyyatların taktika ilə strategiyası da fərqli oldu. Uzaqdan hədəflərin dəqiq vurulması sistemlərindən tutmuş, maliyyə, siyasi təminat və s. baxımından Azərbaycan 4-cü və hətta 5-ci nəsil hərbi əməliyyatlar aparıb.

Buna görə də mövcud Ermənistan ordusunun Azərbaycana qarşı heç bir şansı yoxdur.

Rusiyaya gəldikdə isə, ermənilərə görə Moskva heç bir halda Bakı və Ankara ilə münasibətlərini korlayan deyil.

Qarabağlı ermənilər də onillər boyu Rusiya üçün Azərbaycanla Ermənistana təzyiq vasitəsi rolunu oynasa da, indi Moskva həmin geosiyasi ssenarilərin artıq işlək olmadığını dərk edir.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) 2025-ci ildən sonra da Azərbaycanda qalması sadəcə, mümkün deyil və bunun bəlli səbəbləri var.

Əvvəla, qarabağlı ermənilərin Azərbaycana reinteqrasiya prosesi başladığı üçün onların təhlükəsizliyinin və hüquqlarının təminatı üçün rusiyalı sülhməramlılara, illah da beynəlxalq mexanizmlərə zərurət yoxdur.

Bu problem artıq Azərbaycanın daxili işidir.

Ermənistanın, erməni diaspor təşkilatlarının bütün cəhdlərinə və səylərinə rəğmən, BMT Təhlükəsizlik Şurasındakı iki müzakirə, ABŞ Senatında ermənipərəst konqresmenlərlə senatorların təşəbbüsüləri ilə keçirilmiş dinləmələr İrəvanın və ona hamilik edən ölkələrlə təşkilatların gözlədikləri nəticələri vermədi.

Daha doğrusu, bu prosedurlar faktiki olaraq heç nə ilə başa çatdı: Azərbaycana qarşı sanksiyalar, Qarabağa beynəlxalq hərbi kontingentin yeridilməsi, qarabağlı ermənilərin uydurma və absurd statusu ilə bağlı müzakirələrin aparılması apriori olaraq mümkün deyil.

Rusiya məhz bu səbəbdən anlayır ki, Türkiyə ilə strateji, siyasi və hərbi müttəfiq olan Azərbaycanda sülhməramlılar kontingentini sonradan hərbi bazaya çevirmək illziyadır.

2020-c ildəki 44 günlük İkinci Qarabağ Müharibəsində və sonra da bir sutka davam etmiş lokal antiterror tədbirlərində Rusiya Federasiyasının proseslərə əsla müdaxilə etməməsinin səbəbi də Moskvanın geosiyasi itkilərə məruz qalmaq niyyətində olmamasıdır.

Rusiyanın indi ən önəmli hədəfi Zəngəzur dəhlizi layihəsidir. Layihənin şərtlərinə görə, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək marşrutun 40 kilometrlik hissəsi Ermənistan ərazisindən keçəcək.

Rəsmi Bakı bu hissənin rusiyalı hərbçilər tərəfindən mühafizə edilməsinə razıdır və bəhs etdiyimiz məqam Moskvanın da istəklərinin məcmusudur, çünki 2025-ci ildə sülhməramlılarını Azərbaycan ərazisindən çıxarandan sonra Kreml onların bir hissəsini Gümrüdəki 102-ci bazaya, habelə Zəngəzur marşrutunun Ermənistandakı 40 kilometrlik hissəsində yerləşdirmək niyyətindədir.

Ermənistanı tam dəstəkləyən, Azərbaycanı ən müxtəlif cinayətlərdə suçlayan və qarabağlı erməniləri tam dəstəklədiyini bəyan edən Fransa prezidenti Emmanuel Makrona gəldikdə isə, onun bəyanatlarının və isterik açıqlamalarının heç bir mənası yoxdur.

Çünki Fransa bölgədəki proseslərə təsir imkanlarından məhrumdur - Paris yalnız idiotik bəyanatlar verməklə ermənilərdə güc, qüvvə və dəstək illüziyaları yarada bilər.

Ümumiyyətlə, Fransanın Cənubi Qafqazdakı siyasəti otağın ortasındakı nəcis kimidir. Bilavasitə fiziki ziyan vura bilməz, amma həddən artıq pis ilənir və yığışdırmağa da iyrənirsən…

Və Hindistan… Ermənistan ordusunu sürətlə silahlandıran, 90 haubitsanın ermənilərə satışı ilə bağlı İrəvanla 155,5 milyon dollarlıq anlaşma imzalayan Dehli addım-addım Cənubi Qafqazağ doğru yaxınlaşır, bölgəmizdə geosiyasi təsir imkanlarına yiyələnməyə çalışır. Hindistanın siyasi elitalarının məqsədləri sadə və aydındır: Azərbaycan-Pakistan qardaşlığına antoqonist siyasət yürüdərək bu istiqamətdə Ermənistandan vasitə qismində istifadə etmək, Çinin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq transregional marşrut layihələrinə maneələr yaratmaq.

Fəqət, danılmaz həqiqət var: Ermənistanın Hindistanla hərbi-texniki və siyasi əməkdaşlığı ermənilərin çıxılmaz vəziyyətdə olduqlarından atdıqları məcburi addımdır. Ermənilərin seçim imkanı olsaydı, onların Dehli ilə belə anlaşmaları prinsip etibarilə mümkün deyildi.

Ermənistanın havadarları, dünya erməniliyinə vədlər və təsəlli verənlər belə artıq dərk ediblər: qarabağlı ermənilərin separatizmini dəstəktləmək əslində on minlərlə erməninin yaşamını illüzor, puç və boş ideyalara əsir etməkdir.

Üstəlik, bu prosesin sonu yoxdur - Azərbaycanın mərkəzi hakimiyyəti separatizmin kökünü kəsməkdə, qarabağlı erməniləri cəmiyyətə reinteqrasiya etməkdə və onları terrorçu xuntanın onillərdən bəri davam edən əsarətindən qurtarmaqda əzmlidir.

Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edir, həmin hüququn prinsiplərini 1 mikron qədər pozmur - belədə rəsmi Bakının həyata keçirdiyi tədbirlərə maneələr yaratmaq terrorçuluqla separatizmi aşkar dəstəkləmək olardı ki, ABŞ, Fransa, İran və ya Rusiya əsla bu yolu tutmayacaqlar.

Erməniləri indiyədək hər müstəvidə, bütün mümkün vasitələrlə dəstəkləyən güclərin beynəlxalq hüquq və rəsmi Bakının qətiyyəti qarşısında gücsüz qaldıqları dönəmdə Xankəndindəki xuntanın aqoniyası qaçılmaz idi.

İndi qarabağlı ermənilərin yeni həyata başlamaları dönəmidir.

Onlar Azərbaycan sakinləridir və tədricən Azərbaycan vətəndaşları olacaqlar.

Hadisələrin başqa, alternativ inkişaf məcrası sadəcə, yoxdur.

Ermənilərin bel bağladıqları kollektiv Qərbə gəldikdə isə, Qərbin ritorikasına, səslənən bəyanatlara nəzər salsaq, onların Cənubi Qafqazı müstəqil subyektlər məcmusu yox, şahmat taxtası qismində qəbul etdiklərini görərik.

Qərb mediasındakı yazılara, reportajlara, şərhlərə baxın: orada Ermənistan faktiki yoxdur, olan “Cənuği Qafqazda təsir imkanlarını itirən Rusiya”dır.

Qərb Ermənistanla yanaşı, Azərbaycan və Gürcüstanı uzaq, kiçik, qərbli insanların həyatlarında böyük önəm daşqımayan ölkələr hesab etdiyindən, ermənilərə görə siyasi resurslarını xərcləməyi məqbul hesab etmir. Humanitar məsələlər görə motivasiya isə çoxdan itirilib. Son illərdə heç bir Qərb ölkəsi sırf humanitar məsələlərə görə uzaq geosiyasi proseslərə müdaxilə etməyib.

Səbəb bəsitdir.

İkinci Dünya Müharibəsindən sonra ta 1990-cı illərdək Qərb “demokratiya və azadlıq idealları uğrunda” Sovetlər Birliyinə qarşı mübarizə aparırdı. Ən müxtəlif, bəzən murdar və iyrənc metodlarla - amma hər şeyə rəğmən, Qərbtin hədəfi və məqsədi vardı.

İndisə məqsədlərin müəyyənləşdirilməsində dünya geosiyasətində Qərb qlobal tərəddüd içindədir.

Hansı işıqlı gələcək uğrunda mübarizə aparmalı? Necə ideyalara və utopiyaya can atmalı? Bilinmir. Həmin məqsəd itirilib.

Məqsəd yoxdursa, ideallar da yoxa çıxır, qalır adi praqmatizm.

Bu praqmatizm çərçivəsində də nə Ermənistan, nə də qarabağlı ermənilər Qərb üçün maraqlı deyil.

Qərb son dəfə 1913-1921-ci illərdə, ABŞ prezidenti Vudro Vilsonun dönəmində Cənubi Qafqazdakı proseslərlə ciddi maraqlanırdı.

İndisə bölgəmiz Qərb üçün uzaq və ciddi maraq kəsb etməyən arealdır.

Halbuki Cənubi Qafqaz Avropa ilə Asiyanı bağlayan strateji önəmli bölgədir.

Bölgəmiz indi Qərbin gündəmində deyil.

Bəldkə yaxın gələcəkdə oldu.

Amma tezliklə yox…

Məqalədə:
Xəbər lenti

Xəbər lenti