Bakı. Trend:
BMT-nin Qaçqınlar üzrə Komissarlığı (UNHCR) bildirib ki, Qarabağı tərk edən ermənilərə qarşı rəftarla bağlı açıqlama verib.
Trend xəbər verir ki, bu barədə BMT QAK-ın Ermənistandakı nümayəndəsi Kavita Belani mətbuat konfransı ilə çıxış edib.
Belani deyib ki, Qarabağı tərk edən ermənilərə qarşı pis rəftar qeydə alınmayıb:
"Pis rəftar halları qeydə alınmayıb. Uzun və yorucu yol, tıxac insanlar üçün çətindir. Heç kim təzyiqə məruz qalma halları barədə məlumat paylaşmayıb”.
Onun sözlərinə görə, Ermənistan hökuməti Qarabağdan gələn erməniləri sərhəd qeydiyyat mərkəzlərində qeydiyyata alır, digər bölgələrdə isə əlavə 10-a yaxın humanitar mərkəz fəaliyyət göstərir.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti təmin edilir. İndiyədək minlərlə Qarabağ ermənisinin Laçın sərhəd buraxılış məntəqəsindən maneəsiz keçərək Ermənistana üz tutublar.
Xatırladaq ki, Azərbaycan mərkəzi hakimiyyəti Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını istədiyini bəyan edib və Qarabağdakı erməni sakinlərə ərzaq paylayıb, tibbi yardım göstərib.