Bakı. Trend:
Oktyabrın 3-də gənclər və idman naziri Fərid Qayıbov ICESCO-nun baş direktoru Salim bin Mohammed Al Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan nazir onları ölkədə gənclər və idman sahələrində aparılan dövlət siyasəti və əldə edilən nəticələr barədə məlumatlandırıb.
Görüşdə beynəlxalq təşkilatla Azərbaycan arasında əlaqələr barədə fikir mübadiləsi aparılıb.
Görüşdə nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva, ICESCO baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif, Elm və texnologiya sektorunun müdiri Rahel Qamar, Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının katibi Ələkbər Xıdırov və beynəlxalq təşkilatın məsul əməkdaşları iştirak ediblər.