...

Prezident İlham Əliyev diplomatiya ilə gücün vəhdətini quraraq ərazi bütövlüyümüzü təmin etdi - Deputat

Siyasət Materials 12 Oktyabr 2023 11:58 (UTC +04:00)
Prezident İlham Əliyev diplomatiya ilə gücün vəhdətini quraraq ərazi bütövlüyümüzü təmin etdi - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev diplomatiya ilə gücün vəhdətini quraraq ərazi bütövlüyümüzü təmin etdi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deyib.

B.Əliyev bildirib ki, Prezident İlham Əliyev 30 ildən artıq bir müddətdə işğalda olan Azərbaycan torpaqlarının necə işğaldan azad edilməsini, insan haqlarını müdafiəsini dünyaya göstərdi.

O qeyd edib ki, Azərbaycan hər zaman sülhün, demokratiyanın, söz azadlığının tərəfində dayanan ölkədir.
Komitə sədri bildirib ki, bu gün İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı demokratiya yolunda inamla addımlayır, öz suverenliyini, xoşbəxtliyini bu siyasət əsasında bundan sonra da daha da möhkəmləndirəcək.

“Prezident İlham Əliyev qısa müddət ərzində Azərbaycan xalqının maraqlarını geniş arenada tam məsuliyyəti ilə qoruyaraq ölkəmizin gələcək xoşbəxt həyat qurması üçün çalışdığını göstərdi və bununla da xalqın məhəbbətini qazana bildi. Ötən müddət ərzində cənab Prezident qarşıya qoyulan bütün hədəflərə çatmaq üçün görülən işlərdə ardıcıllığı, məntiqliliyi hər zaman göstərərək nəinki Azərbaycanın qüdrətli iqtisadi inkişafını təmin etdi, eləcə də ölkəmizin dünya siyasətində həlledici sözə malik dövlətə çevirdi”, - deyə B.Əliyev vurğulayıb.

Komitə sədri əlavə edib ki, bu gün Azərbaycan çox böyük quruculuq işləri ilə məşğuldur.

“10 min kvadrat kilometrdən artıq ərazimizi Ermənistan işğal etdiyi dövrdə tamamilə məhv edib, bütün mədəniyyət ocaqlarıni, evləri, hətta ağacları, meşələri məhv edib. Bu gün azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ağıllı kənd, ağıllı şəhər modeli əsasında yenidən qurulur, insanlarımız böyük iftixar və sevinclə öz doğma yurdlarına qayıdaraq quruculuq işlərinə başlayıblar. Bütün bunlar göstərir ki, cəbab İlham Əliyev prezidentliyi dövründə yalnız öz xalqının xoşbəxt gələcəyini düşünüb və bütün qəbul etdiyi qərarlar yalnız bu böyük amala xidmət edib”, - deyə B.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti