...

Fransadan növbəti uğursuz həmlə: Azərbaycana qarşı kampaniya baş tutmadı (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 12 Oktyabr 2023 20:09 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazda məkirli siyasəti iflasa uğrayan Fransa yenə də Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkmir. Belə ki, Fransanın təşəbbüsü ilə bir qrup dövlət 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat veriblər.

Görünən odur ki, hər şeydən əli üzülmüş Fransa kiçik həmlələrlə nəyəsə nail olmağa çalışır. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair əsassız və böhtan xarakterli iddialar səslənsə də, Fransanın Azərbaycanın üzərinə atmaq istədiyi “etnik təmizləmə” kimi yalanlar bəyanatda əksini tapmayıb, yəni Fransa bu yalanı bəyanata daxil etdirə bilməyib ki, bu da Fransanın növbəti uğursuz cəhdidir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Fransanın Azərbaycana qarşı aqressiv mövqeyi təkcə Azərbaycana qarşı mövqe kimi qiymətləndirilməməlidir.

“Bu mövqe regionda sülhə qarşı olan bir mövqe kimi qiymətləndirilməlidir. İstər 44 günlük müharibə dövründə, istər ondan sonrakı ötən 3 il ərzində Fransanın bütün addımları regionda sülhə qarşı olub. Fransa Cənubi Qafqazda Ermənistanın timsalında özünə neokoloniya yaradaraq, imperialist hegomoniya qurmağa çalışır. Bu yolla Fransa Cənubi Qafqaz ölkələri üzərində öz imperialist maraqlarını təmin etmək üçün bir mexanizm əldə etməyə cəhd edir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Fransa özünü ifşa edir.

“30 il ərzində keçmiş Minsk qrupunun həmsədri kimi Fransa tərəfsiz mövqe nümayiş etdirmək öhdəliyi götürmüşdü. Ancaq Fransanın indiki davranışları göstərir ki, gizli şəkildə ermənipərəst mövqe nümayiş etdirib”, - deyə H.Babaoğlu əlavə edib.

Daha geniş videomüsahibəni təqdi edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti