Bakı. Trend:
Fransa və Almaniya antisemitizmin mərkəzi sayılır.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Almaniyada yəhudi millətindən olan insanlara qarşı törədilən ağır cinayətlər bu ölkədə olan düşüncə tərzi haqqında nəticə çıxartmağa imkan verir.
"Son dövrlərdə Almaniyada ultra-millətçi hərəkatın da xüsusi olaraq genişlənməsinin şahidi oluruq", - deyə o, əlavə edib.
Ekspert qeyd edib ki, Almaniya ilə yanaşı Fransa da antisemitizmin ən çox yayıldığı ölkələrdən biri sayılır.
"Bununla yanaşı, Fransa nəinki Avropa İttifaqında, bütün dünyada ksenofobianın, islamafobianın ən geniş yayıldığı ölkələrdəndir.
Fransada son bir ay ərzində təxminən 1004 antisemitizm faktı qeydə alınıb ki, həbs olunan insanların sayı 500 nəfərə yaxındır", - deyə o, vurğulayıb.
Geniş videomüsahibəni təqdim edirik: