Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana əsirlərin dəyişdirilməsini təklif edib.
Trend xəbər verir ki, o, bu bəyanatı ilə faktiki olaraq açıq etiraf etdi ki, Ermənistan iki azərbaycanlını - Hüseyn Axundov və Aqşin Bəbirovu girov saxlayır.
Üstəlik, Ermənistanın baş naziri iddia edir ki, İrəvan bununla da “Bakı ilə sülhün bərqərar olması istiqamətində irəliləyişini” davam etdirir.
Qeyd edək ki, əlverişsiz hava şəraitində görmə məhdudluğu ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədində Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçuları Bəbirov Aqşin Qabil oğlu (2004-cü il təvəllüdlü) və Axundov Hüseyn Əhliman oğlu (2003-cü il təvəllüdlü) itkin düşüb.
Sonradan məlum oldu ki, Ermənistanda əsir götürülən Hüseyn Axundov və Aqşin Bəbirov ilə əlaqədar qondarma “məhkəmə” keçirilib, həmçinin Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma “qərar” verilib.