...

AMEA-ya seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə təsdiq edildi

Siyasət Materials 29 Noyabr 2023 11:34 (UTC +04:00)
AMEA-ya seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə təsdiq edildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə” hazırlanaraq müzakirə üçün AMEA-nın Rəyasət Heyətinə təqdim edilib və geniş müzakirələrdən sonra bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

Trend xəbər verir ki, AMEA-nın birinci vitse-prezidenti, akademik-katib, akademik Arif Həşimov “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”nin Ümumi müddəaları, Akademiya üzvlərinin seçkilərinin təşkili və keçirilməsi qaydaları və Akademiya üzvlərinin vəzifə və funksiyaları haqqında məlumatı diqqətə çatdırıb.

Müzakirələrdən sonra AMEA-nın Ümumi yığıncağı “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”ni təsdiq edib.

Qeyd edək ki, bu gün AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir. Ümumu yığıncaqda bir sıra təşkilati məsələlər müzakirə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti