...

Azərbaycanla Özbəkistan arasında protokol təsdiq edildi

Siyasət Materials 5 Dekabr 2023 12:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Özbəkistan arasında protokol təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, iki ölkənin vətəndaşlarının ölkədə qalma müddəti 15 gündən artıq deyilsə, heç bir yerdə qeydiyyatdan keçmək lazım deyil, lakin 15 gündən çox qalmaq müddəti olarsa, müvafiq dövlət qeydiyyatından keçmək lazımdır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Xəbər lenti

Xəbər lenti