...

Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir - Deputat

Siyasət Materials 20 Dekabr 2023 13:03 (UTC +04:00)
Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev humanizm ideyalarına və milli dəyərlərə söykənən siyasət yürütməklə müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi.

“Bu gün Azərbaycan dünyada sülhün və sabitliyin qorunmasına mühüm töhfələr verir və dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb. Ölkəmiz eyni zamanda dünyada tolerantlıq məkanı kimi tanınır və bu istiqamətdə bir nümunəyə çevrilib. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sayəsində Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 20 ildə Azərbaycan sosial-iqtisadi sahədə də böyük nailiyyətlər əldə edib.

“Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Bununla yanaşı dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Belə ki, əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, insan amili hər zaman Prezident İlham Əliyevin siyasətinin mərkəzində dayanıb.

“İnsanlarımızın sosial rifahı daim diqqət mərkəzində olub, hər il sosial sahəyə ayrılan vəsaitlər artırılıb. Belə ki, son 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.

2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb.

Bundan sonrakı dövrdə də ölkəmizin sosial-iqtisadi inkişafı üçün möhkəm təməllər yaradılıb, bu istiqamətdə geniş və çoxşaxəli tədbirlər həyata keçirilib. Əminliklə deyə bilərik ki, növbəti illərdə də Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişafını davam etdirəcək və ölkəmiz yeni zirvələr fəth edəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti