...

Prezident İlham Əliyev Sankt-Peterburqa işgüzar səfərə gəlib (FOTO/VİDEO)

Siyasət Materials 26 Dekabr 2023 13:12 (UTC +04:00)
Prezident İlham Əliyev Sankt-Peterburqa işgüzar səfərə gəlib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti

Xəbər lenti