...

Xəzərdə su fondu torpaqları və sahilboyu 20–50 metrlik zolaqdakı torpaqları Nazirlər Kabineti icarəyə verəcək

Siyasət Materials 27 Dekabr 2023 16:30 (UTC +04:00)
Xəzərdə su fondu torpaqları və sahilboyu 20–50 metrlik zolaqdakı torpaqları Nazirlər Kabineti icarəyə verəcək

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında) və sahilboyu 20–50 metrlik zolağının altında olan torpaqlar Nazirlər Kabinetinin qərarı ilə icarəyə verilə biləcək.

Trend-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti