...

Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi

Siyasət Materials 30 Dekabr 2023 16:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Katsuya Vatanabeni qəbul edib.

XİN-dən Trend-ə verilən xəbərə görə, görüş zamanı səfir Katsuya Vatanabe etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, eləcə də regional vəziyyət müzakirə olunub.

Azərbaycanla Yaponiya arasında bir sıra istiqamətlərdə tarixi dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Bu çərçivədə yüksək səviyyəli ikitərəfli səfərlərin, siyasi məsləhətləşmələrin, iqtisadi komissiyanın işinin intensivləşməsinin əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında “yaşıl enerji”, nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.

Görüş zamanı, qarşı tərəfə Ermənistanın ölkəmizə qarşı təcavüzünün, qaçqın və məcburi köçkün probleminin, keçmiş münaqişənin tarixçəsi barədə ətraflı məlumat verilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini və 24 saatdan az bir müddətə həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər diqqətə çatdırılıb. Azərbaycanın Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti