...

Baş Prokurordan Bakıda saxlanılan erməni separatçılarla bağlı AÇIQLAMA

Siyasət Materials 20 Yanvar 2024 11:12 (UTC +04:00)
Baş Prokurordan Bakıda saxlanılan erməni separatçılarla bağlı AÇIQLAMA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda saxlanılan erməni separatçılarla bağlı hazırda istintaq aparılır.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, onlar həmin dövrdə Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən, faktiki olaraq Ermənistana tabe olmaqla seperatçılıqla məşğul olublar.

"Bütün bunlarla bağlı geniş istintaq tədbirləri həyata keçirilir. Orada görüləsi işlər çoxdur. Bütün beynəlxalq konvensiyaların və milli qanunvericiliyn tələblərinə uyğun olaraq istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra, onlara son ittihamlar elan ediləndən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək", - deyə K.Əliyev bildirib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti