...

"Fitch Solutions" Azərbaycan və Ermənistan arasında sülh sazişinin nə zaman imzalanacağını proqnozlaşdırıb

Siyasət Materials 2 Fevral 2024 16:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan 2024-cü ilin birinci yarısında sülh sazişi imzalaya bilər.

Trend bu barədə "Fitch Group"a daxil olan "Fitch Solutions" şirkətinə istinadən xəbər verir.

"Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi artıq 2024-cü ilin birinci yarısında imzalana bilər", - deyə şirkət bildirib.

"Fitch Solutions" analitiklərinin fikrincə, Azərbaycan Zəngəzur dəhlizinin açılışı üzərində nəzarətini əhəmiyyətli dərəcədə artıracaq və bu, sülh sazişində öz əksini tapacaq.

Şirkətdən bildiriblər ki, 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan regional təhlükəsizliyini qısamüddətli və uzunmüddətli perspektivdə möhkəmləndirib.

Qeyd edək ki, sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.

Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti