...

Prezident seçkiləri tam şəffaf şəkildə keçdi - Ərəb parlamentinin rəhbəri

Siyasət Materials 8 Fevral 2024 09:46 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Prezident seçkiləri tam şəffaf şəkildə baş tutdu.

Trend xəbər verir ki, bunu mətbuat konfransı zamanı Ərəb parlamentinin prezidenti Adel Əbdülrəhman Muhammed Al Asumi deyib.

“Biz Ərəb parlamenti olaraq beynəxalq müşahidəçi qismində bir çox seçkilərdə iştirak etmişik. İstər prezident, istər parlament, istər referendumlar. Ərəb parlamenti beynəlxalq müşahidəçi qismində seçkilərdə aktiv iştirak edir”, - deyə o bildirib.

Ərəb parlamenti Azərbaycanı uğurlu Prezident seçkilərinə görə təbrik edib.

“Seçkilər çərçivəsində bir neçə məntəqədə olduq. Hamısında çox müsbət aktivlik müşahidə etdik. Seçicilərin iradəsinə müdaxilə kimi qiymətləndiriləcək heç bir hal baş verməyib. Hər bir seçici iradə azadlığı ilə seçkidə iştirak edirdi. Seçkilər tam şəffaf şəkildə keçdi. Ərəb parlamenti olaraq bunu alqışlayırıq”, - deyə o bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Xəbər lenti

Xəbər lenti