...

Macarıstan parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı sazişi yazda ratifikasiya edəcək

Siyasət Materials 17 Fevral 2024 19:00 (UTC +04:00)
Macarıstan parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı sazişi yazda ratifikasiya edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.

Trend xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"İsveçin baş naziri Ulf Kristersson ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atdıq. Parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyə doğru irəliləyirik", - deyə Orban bildirib.

Xəbər lenti

Xəbər lenti