...

Makron sübut etməyə çalışır ki, Ermənistan Fransanın təhlükəsizlik çətiri altındadır - RƏY

Siyasət Materials 22 Fevral 2024 14:52 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa çox çalışır ki, bu gün regionda sülhə, təhlükəsizliyə sabitliyə zərbə vursun.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Qarabağ iqtisadi rayonunda ermənilər bölgəni könüllü sürətdə tərk ediblər.

"Bu, onların öz seçimləri olub. Digər tərəfdən, Ermənistana Fransa silahlarının verilməsi təhlükəsizlik üçün təhdidlər formalaşdırır, təhlükə yaradır. Bu, həm də Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə hesablanıb. Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda Türkiyə və Rusiyanın maraqlarına zərbə vurmaq istəyir.

Bununla geopolitik mübarizə axtarışındadır. Vurğulamaq lazımdır ki, Nikol Paşinyanla Makron arasında görüşdən olan kadrlara baxanda Fransa prezidentinin Paşinyanın üzərinə çətir qaldırması diqqət çəkir. Bu kifayət qədər geniş anlam verən haldır. Makron bununla sübut etməyə çalışır ki, Ermənistan və onun baş naziri Fransanın təhlükəsizlik çətiri altındadır".

Ekspert qeyd edib ki, bir müddət öncə Nikol Paşinyanın başının üzərində Putin çətir qaldırırdı.

"Müəyyən müddət keçəndən sonra Makron artıq bu çətiri erməni liderinin üzərinə çəkir. Bu, onu deməyə əsas verir ki, sanki siyasi, hərbi, ideoloji nöqteyi-nəzərdən Ermənistanın arxasında Fransa dayanır. Digər tərəfdən, Makronun söylədiyi fikirlər regional konfiqurasiyaya ziddir və hazırkı reallıqlara qarşıdır. Bu məqsədlə əlində olanlardan geniş istifadə edir. Bu da regional gərginliyin artmasına xidmət edir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti