...

Hakan Fidan Blinkenlə İsrail-Fələstin qarşıdurmasını müzakirə edib

Siyasət Materials 8 Mart 2024 22:31 (UTC +04:00)
Hakan Fidan Blinkenlə İsrail-Fələstin qarşıdurmasını müzakirə edib

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-da rəsmi səfərdədir.

Trend xəbər verir ki, Hakan Fidan səfər çərçivəsində Türkiyə-ABŞ Strateji Mexanizm Dialoqunun növbəti toplantısında iştirak edib, ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşüb.

Türkiyənin xarici işlər naziri səfərlə bağlı mediaya açıqlama verib.

Səmimi qarşılanmaya görə Antoni Blinkenə təşəkkürünü ifadə edən Hakan Fidan nümayəndə heyətləri arasında təhlükəsizlik, regional əməkdaşlıq, ticarət və enerji də daxil olmaqla bölgədə baş verən son hadisələr ətrafında geniş fikir mübadiləsinin aparıldığını bildirib.

Qeyd edilib ki, bu, Türkiyənin xarici işlər nazirinin Antoni Blinkenlə son bir neçə ay ərzində üçüncü görüşüdür. Bildirilib ki, geosiyasi və regional proseslər sıx əməkdaşlıq və birgə fəaliyyəti tələb edir.

Hakan Fidan görüş zamanı İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunduğunu, bu məsələnin təcili həll tələb etdiyini, eləcə də bölgədə humanitar yardım ehtiyacının təcili qarşılanmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti