...

Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafında yeni imkanlar açılır - Deputat

Siyasət Materials 13 Mart 2024 12:16 (UTC +04:00)
Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafında yeni imkanlar açılır  - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə çıxmasına imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir.

“Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır”, - deyə deputat vurğulayıb.

O deyib ki, Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi qədim tarixi köklərə malikdir.

“İki ölkənin xalqlarını eyni zamanda mədəniyyət, qədim tarixi münasibətlər, ənənələr, din və digər mənəvi dəyərlər birləşdirir. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər dinamik inkişaf edir. Bu gün Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və müttəfiqlik xarakteri daşıyır”, - deyə deputat bildirib.

Deputat qeyd edib ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərin inkişafına böyük təkan verib.

“Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açacaq. Səfər çərçivəsində çox faydalı müzakirələr aparıldı və eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirildi.

İqtisadiyyat, mədəniyyət, elm və təhsil, nəqliyyat, və digər sahələrdə əməkdaşlığa dair çox əhəmiyyətli sənədlər imzalandı. Bu sənədlər iki ölkə arasında hüquqi bazasının genişlənməsinə və ayrı-ayrı sahələr üzrə əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman səmərəli əməkdaşlıq mövcud olub. Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır”, - deyə Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti