Bakı. Trend:
Qlobal çətinliklər bir gündə yaranmayıb. Bunun səbəbləri var.
Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, hazırkı dünya çox mürəkkəb problemlərlə üzləşib.
“Bu problemlər daha çox dərinləşir. Yeni dəyişikliklər, dinamikalar gətirilməli, nəzərə alınmalıdır. Regional yanaşma çox mühümdür. Bu cür yanaşma ilə qarşıdakı problemləri həll etmək mümkündür”, - deyə C.Bayramov bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.
