...

NATO baş katibinin Cənubi Qafqaza səfəri daha çox Ermənistana dəstək məqsədi daşıyırdı - ŞƏRH

Siyasət Materials 22 Mart 2024 13:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri daha çox Ermənistana dəstək məqsədi ilə nəzərdə tutulmuşdu.

Bunu Trend-ə politoloq Arzuman Abdulkərimov deyib.

O bildirib ki, Azərbaycanın marağı NATO-ya üzv olmaq səviyyəsində deyil.

"Bunu açıq şəkildə bildiririk. Ölkəmiz NATO-un bir çox təlimlərində, tədbirlərində iştirak edir, sülhməramlı qüvvə kimi də bəzi bölgələrdə təmsil olunur.

Bizim NATO üzvü olan ikinci ən böyük dövlət olan Türkiyə ilə çox ciddi hərbi əməkdaşlığımız mövcuddur. Bu baxımdan NATO bizim üçün çox da önəmli deyil. Son dövrlər Ermənistanın siyasiyönümlü Qərbə çevrilməsi bizə əsas verirdi ki, Stoltenberqin səfəri Ermənistana dəstək məqsədlidir. Yayılan məlumatlara görə, Brüsseldə Ermənistanın baş naziri Paşinyanla ABŞ Dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş olacağı bildirilir. Yens Stoltenberqin səfərindən sonra belə görüşün Brüsseldə razılaşdırılması öncədən verilmiş bir qərara bənzəyir. Bu baxımdan Ermənistanın görüşdə iştirakı bölgədə gərginliyi bir qədər də artıra bilər. Artıq Ukrayna cəbhəsində Ukrayna-Rusiya savaşı deyil, kollektiv Qərb və NATO Rusiya savaşına doğru irəliləmələr var. Ermənistanın da bu təmasları Cənubi Qafqazda sabitliyin pozulmasına gətirə bilər. Ermənistanın Brüsseldə keçiriləcək görüşlərdə iştirakı Rusiyaya açıq mesajdır. Bu Rusiyanı çox qıcıqlandıracaq.

Ermənistanın içində Rusiyanı da dəstəkləyən qüvvələr var. Gələcəkdə Ermənistanın daxlində çox ciddi qeyri- sabitlik baş verə bilər. Rusiya bu məsələlərdə boş durmayacaq. Ermənistan belə davranışları nəticəsində siyasi xəritədən silinə bilər",- deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti