...

Prezident İlham Əliyev: Azərbaycan Praqa və Alma-Ata bəyanatlarına sadiqdir

Siyasət Materials 3 Aprel 2024 18:40 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan Praqa və Alma-Ata bəyanatlarına sadiqdir

Bakı. Trend:

Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Dövlətimizin başçısı, həmçinin aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanmasının, qeyri-inklüziv xarakter daşımasının və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmamasının Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti