...

İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib

Siyasət Materials 20 Aprel 2024 13:27 (UTC +04:00)
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin xarici işlər naziri Tobias Billström Azərbaycan-Ermənistan delimitasiya komissiyasının aprelin 19-da əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib.

Trend xəbər verir ki, nazir bu barədə "X" platformasında paylaşım edib.

Bu razılaşmanın Azərbaycan, Ermənistan və bütünlükdə Cənubi Qafqaz regionu üçün çox müsbət xəbər olduğunu qeyd edən nazir bunun regionun iqtisadi inkişafı, infrastrukturu və artımı şəklində mühüm irəliləyişlə nəticələyini vurğulayıb.

"İsveç bu məqsədə tam sadiqdir", - deyə nazir əlavə edib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti