...

Rusiya ilə Azərbaycan əlaqələri inkişaf etdirmək istəyindədir - Peskov

Siyasət Materials 22 Aprel 2024 13:43 (UTC +04:00)
Rusiya ilə Azərbaycan əlaqələri inkişaf etdirmək istəyindədir - Peskov
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və Azərbaycanın iqtisad-ticarət potensialını genişləndirmək imkanları var.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Daha sonra Rusiya prezidentinin mətbuat katibi Prezident İlham Əliyevlə Putin arasında bu gün Moskvada baş tutacaq danışıqları şərh edərkən deyib:

“Azərbaycan Rusiya Federasiyasının dostu və tərəfdaşıdır, ölkələr arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var və əlaqələri inkişaf etdirmək istəyi var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti