...

Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması Prezident İlham Əliyevin güclü iradəsinin və qətiyyətinin göstəricisidir - Sevil Mikayılova

Siyasət Materials 24 May 2024 16:26 (UTC +04:00)
Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması Prezident İlham Əliyevin güclü iradəsinin və qətiyyətinin göstəricisidir - Sevil Mikayılova
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxın 4 kəndinin Azərbaycana qeyd-şərtsiz qaytarılması Prezident İlham Əliyevin qəti siyasəti və iradəsinin nəticəsi olaraq Azərbaycanın qazandığı növbəti tarixi qələbədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova onu da əlavə edib ki, Prezident İlham Əliyev bütün prosesi dəqiq, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il Vətən müharibəsində işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə dövlətimizin suverenliyini bütün ölkə ərazisində tam bərpa etdi. Prezident Əliyevin yaratdığı ən yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının bölgəni vaxtından əvvəl tərk etməsi və Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması məqsədyönlü siyasətin nəticəsidir”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti hələ yanvar ayında yerli televiziyalara müsahibəsi zamanı Qazaxın 4 kəndi ilə bağlı məsələyə toxunmuşdu. Ölkə başçısı həmin kəndlərin Azərbaycana qaytarılmalı olduğunu vurğulamışdı.

“Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşündə razılaşdırılıb ki, işğal altında olan 4 qeyri-anklav kənd Azərbaycana qaytarılsın. Eyni zamanda Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.

Azərbaycan və eləcə də dünya ictimaiyyəti növbəti dəfə Prezident Əliyevin güclü iradəsini və qətiyyətini gördü. Vətən müharibəsi və 2023-cü ildəki local anti-terror əməliyyatlarından sonra Azərbaycan suverenliyini tam bərqərar etdi. Qazaxın 4 kəndinin geri qaytarılması başlanmış prosesin məntiqi davamıdır”.

Deputat sonda onu da qeyd edib ki, Qazaxın 4 kəndinin danışıqlar yolu ilə qaytarılmasının həm də böyük siyasi əhəmiyyətdi var.

“Bildiyimiz kimi bir neçə müddətdir ki, Bəzi Qərb dövlətləri, xüsusən də Fransa təbliğat aparırdılar ki, guya Azərbaycan Ermənistan ərazisinə hücum etməyə hazırlaşır. Danışıqlar yolu ilə, vasitəçilərsiz 4 kəndin qaytarılması nəinki bu yalan iddiaları alt-üst etdi, eyni zamanda kənar müdaxilələrin normallaşma prosesində mənfi təsir etdiyini bir daha ortaya qoydu”.

Xəbər lenti

Xəbər lenti