...

Vəliəhd Məhəmməd bin Salman Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 25 May 2024 10:52 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevi təbrik edib.

Trend xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına isə daha çox inkişaf, firavanlıq arzu edirəm.

Zati-alinizə xoş arzularımızı və dərin hörmətimizi bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti