...

Dövlət büdcəsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı

Siyasət Materials 27 May 2024 11:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Trend xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Toplantıda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov və digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, iclasda həmçinin "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlara dəyişiklik edilməsi müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti