...

DSK və məntəqə seçki komissiyalarına normal iş şəraiti yaradılmalıdır - Zeynal Nağdəliyev

Siyasət Materials 10 İyul 2024 11:57 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin həyatında keçiriləcək ən böyük ikinci tədbirdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Zeynal Nağdəliyev Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyətindən bəhs edib: “Prezident İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizin bütün ərazilərində suverenlik bərpa edilib. Azad olunmuş ərazilərə 6 rayon üzrə 7762 nəfər üzvü olan ailələr köçürülüb. Bu dəfə isə orada seçicilərin daha yaxşı səs verə bilməsi üçün daha 8 seçki məntəqəsi yaradılıb. DSK və məntəqə seçki komissiyalarına normal iş şəraiti yaradılmalıdır. Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyası bu günlərdə yeni binaya köçürülüb”.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xəbər lenti

Xəbər lenti