...

Azərbaycan XİN rəhbərinin müavini İƏT-nin İcraiyyə Komitəsinin görüşündə iştirak edib

Siyasət Materials 7 Avqust 2024 22:30 (UTC +04:00)
Azərbaycan XİN rəhbərinin müavini İƏT-nin İcraiyyə Komitəsinin görüşündə iştirak edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

7 avqust 2024-cü il tarixində Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasinda son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.

Görüşün sonunda Yekun Kommünike qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti